Türkiyənin Qaziantep əyalətinin Karkamış rayonunda Suriya ilə sərhəddə yerləşən Köprübaşı sərhəd məntəqəsinə minaatanla hücum edilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Atəş nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralandığı bildirilir. Nazirlikdən verilən açıqlamada hücumdan sonra Suriya ərazisində təyin olunan hədəflərin ikiqat artırıldığı vurğulanıb.