Mayın 12-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Yenikənd, Dəyirmanlı, Mürtülü və Təklə kəndlərinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini veriblər. Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov səyyar qəbul zamanı istismar müddətini başa vurmuş elektrik dirək və naqillərinin dəyişdirilməsi məsələsi ilə Təklə kəndində yerindəcə tanış olub, sakinlərin istəkləri ilə maraqlanıb, problemin həlli istiqamətində müvafiq tapşırıqlar verib.