“Təkcə son bir ayda BMT Ukraynada 100-ə yaxın uşağın öldürüldüyünü təsdiqləyib və Rusiya Federasiyasının başlatdığı müharibə uşaqların müdafiəsi böhranına səbəb olduğundan faktiki rəqəmlər daha çox ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə UNICEF-in rəsmisi Omar Abdi BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.
Abdi təhsil ocaqlarına hücuma və hərbi məqsədlər üçün istifadə edildiyinə də aydınlıq gətirib:
"Keçən həftəyə olan məlumata görə, Ukraynanın şərqində UNICEF-in dəstəklədiyi 89 məktəbdən ən azı 15-i müharibə başlayandan bəri zədələnib və ya dağıdılıb. Ölkə üzrə yüzlərlə məktəb ağır artilleriya, hava hücumları və digər partlayıcı silahlarla vurulub" deyə o qeyd edib.
Ramil Zeynallı