“Ermənistan” blokundan olan deputat Qeqam Manukyanın oğlu Taron Manukyan həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə vəkil Abqar Poqosyan öz Facebook səhifəsində yazıb.
Bundan əvvəl T. Manukyan Gümrüdə yaşlı kişilərə qarşı zorakılıq işi üzrə saxlanılıb.
Poqosyan Taron Manukyanın müraciətini də dərc edib: “Bizi polis maskaradları, güc, həbsxanalarla qorxuda bilməyəcəksiniz. Bütün dostlarımı qorxmamağa, susmamağa və inamı itirməməyə çağırıram".
Ramil Zeynallı