Azərbaycanın innovativ yağ markası olan "Möcüzə” 8 may Beynəlxalq Analar Günü münasibəti ilə Bakı və Gəncə şəhərlərində tədbirlər təşkil edib.
"Unikal" xəbər verir ki, illərdir mətbəxdə anaların bir nömrəli köməkçisi olan markanın keçirdiyi tədbirlərin əsas məqsədi uşaqlarla anaların arasındakı emosiyaların ön plana çəkilməsi olub. Hər kəsə məlumdur ki, bütün analar övladlarının nələri sevdiyini, hansı yeməyi bəyəndiyini bilir, bəs övladlar necə? Məhz bu sualdan yola çıxaraq tədbir təşkilatçıları tərəfindən uşaqlara analarını nə qədər çox tanıdığını öyrənmək məqsədi ilə onlar haqqında suallar ünvanlandı və doğru cavab verən uşaqlara analarına təqdim etmələri üçün hədiyyələr verildi.
Hər zaman xanımları diqqət mərkəzində saxlayan "Möcüzə" brendinin bu tədbiri keçirməkdə məqsədi bütün analara bir daha "Sən özün bir möcüzəsən, Anacan!" demək olub. Möhtəşəm tədbir maraqlı görüntünün fonunda , uşaqların səmimi sözləri və anaların xoşbəxtliyi ilə yaddaşlarda qalıb.