Sabah saat 08:00-dan mayın 15-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Agentlik sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.