"Hazırda Rusiyanın Ukraynaya təcavüzünə görə Rusiya lideri Vladimir Putinə təzyiqi davam etdirmək çox vacibdir".
"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Trass deyib.
"İndi çox vacibdir ki, biz Vladimir Putinə təzyiq göstərməyə davam edək, Ukraynanı daha çox silahla təmin edək və sanksiyaları sərtləşdirək (Rusiyaya qarşı - red.)" - deyə Trass bildirib.
Onun sözlərinə görə, Qərb Putinin Ukraynada məğlubiyyətini təmin etməlidir, “Putin dünya səhnəsində özünü alçaldır. Biz əmin olmalıyıq ki, o, Ukraynada məğlub olsun, bu, onu hər hansı üstünlüklərdən məhrum edəcək və son nəticədə gələcək işğalların qarşısını alacaq”, - o bildirib.
Britaniya diplomatiyasının rəhbərinin sözlərinə görə, Ukrayna müdafiə üçün “NATO” silahlarına ehtiyac duyur:
“Ukrayna üçün ən yaxşı uzunmüddətli təhlükəsizlik onun özünü müdafiə edə bilməsi olacaq. Bu, Ukraynaya NATO standartlı avadanlıqlara aydın yol vermək deməkdir”.
Gülayə Mecid