Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və qarşıdan gələn Müstəqillik günü münasibətilə “Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan” mövzusunda konfrans keçirilib. İlk öncə Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər gül dəstlələri düzülüb.
"Unikal" xəbər verir ki, konfransın əvvəlində ulu öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı İsa Eminov konfransı açaraq mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Dahi şəxsiyyət Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi haqqında əhatəli məlumat verən İsa Eminov bugünkü müstəqil və bütöv Azərbaycanın ulu öndərin şah əsəri olduğunu qeyd edib. Bu gün müstəqil Azərbaycan dövləti özünün davamlı inkişaf dövrünü yaşayır və bu inkişafın təməlində ulu öndər Heydər Əliyev siyasi kursu dayanır. Ulu öndərin siyasi kursunu isə cənab Prezident İlham Əliyev uğurla həyata keçirir. Artıq Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad edib və həmin torpaqlarda sürətli bərpa quruculuq işləri həyata keçirilir. Eyni zamanda mədəniyyət paytaxtımız olan Şuşada müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlər, festivallar təşkil olunur. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin müəllifi olduğu və əsasını qoyduğu strategiyanın nəticəsidir ki, bu startegiyanı Zəfər strategiyası da adlandıra bilərik. Qeyd edildi ki, bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Nə qədər ki, bu dövlət, bu millət var, hər zaman da Heydər Əliyev adı qəlblərdə yaşayacaq, ən xoş xatirələrlə anılacaqdır. Azərbaycan xalqı öz xilaskarını illər keçsə də unutmayacaq, daim onu ehtiramla yad edəcəkdir.
Konfransda YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin Azərbaycanın dövlətçilik ənənələrinə verdikləri yüksək dəyərdən bəhs etdi. Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə 80, 90 və 100 illiklərinin dövlət səviyyəsində qeyd edildiyinə diqqət çəkən Anar Şahmuradov 2018-ci ilin ölkəmizdə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini və həmin il çoxsaylı yubiley tədbirlərinin keçirildiyini vurğuladı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi müstəil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu sahədə həyata keçirilən tədbirlər dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinə yüksək dəyər verdiyinin göstəriciləridir.
Konfransda partiya fəlları Ellada Yaralıyeva, Nurlan Qəribov və Səma Əliyeva çıxış edərək ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti haqqında öz fikirlərini bölüşmüş, ölkəmizin gələcək inkişafı naminə cənab Prezident İlham Əliyevin ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında daha sıx birləşməyin vacibliyini qeyd etmişlər.