Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbul olunmasını müsbət hal hesab etmir.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"Çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz. Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib. PKK, DHKPC terror təşkilatları İsveçdə, Niderlandda yuvalanıb. Hətta, həmin ölkələrin parlamentlərində də yer alırlar. Buna görə, onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”, - deyə Türkiyə lideri bildirib.