Rumıniyanın səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rumıniyanın Moskvadakı səfirliyinin on əməkdaşının “qəbuledilməz” olduğunu bildirən nota təqdim edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Notanın aprel ayında Rumıniyanın Buxarestdəki on Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarmaq qərarına cavab olduğu bildirilir.
Rusiya tərəfi Rumıniyanın Ukraynadakı hərbi cinayətlərdə Rusiyanı ittiham etməsini bəyənməyib və Ukraynaya “silah, avadanlıq və digər yardımların verilməsini” pisləyib.
Gülayə Mecid