Almaniya kansleri Olaf Şolts bu gün telefon danışı zamanı Rusiya prezidenti Vladimir Putinə növbəti dəfə atəşkəs çağırışı edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya hökumət sözçünün açıqlamasına görə, Şolts 75 dəqiqə davam edən görüşdə Ukraynada humanitar şəraitin yaxşılaşdırılması və münaqişənin diplomatik həllini təmin etmək üçün ən qısa zamanda atəşkəs elan edilməli olduğunu bildirib.
Qeyd olunub ki, Almaniya kansleri həmçinin Putinə Rusiyanın qlobal ərzaq təchizatında məsuliyyətini xatırladıb.
Gülayə Mecid