"AliExpress Russia" şirkəti işçilərini ixtisar etməyə başlayıb. Bu barədə bazardakı vəziyyətlə tanış olan iki şəxs, eləcə də şirkətin keçmiş əməkdaşı məlumat veriblər.
"Unikal" xəbər verir ki, məlumatlı şəxslərdən biri bildirib ki, ixtisarlar bir ay əvvəl başlayıb və işçilərin 40 faizinə qədərini əhatə edib. Onun sözlərinə görə, Ukrayna böhranının başlamasından və Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqindən sonra "aktual olmayan" ərazilərin işçiləri ixtisarlara məruz qalıblar. Xüsusilə söhbət şirkətin öz alışlarından gedir.
Ətraflı
"Aliexpress Russia"dan vəziyyətlə bağlı açıqlama verilməyib.