Niderland indiyədək Rusiya və Belarusun ümumi dəyəri 640 milyon avro olan aktivlərini dondurub.
"Unikal" xəbər verir ki, həmçinin, adıçəkilən ölkələrlə bağlı 425 milyon avro dəyərində maliyyə əməliyyatları bloklanıb.
Bundan əlavə, əsasən rusiyalı milyarderlərə məxsus altı təyyarə və 24 gəmi sanksiyalar altına alınıb.