Suriyanın mərkəzi hissəsindəki Masyaf şəhərinə raket hücumu olub.
"Unikal" “SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.
İlkin məlumata görə, ölənlər arasında mülki vətəndaş da var. Raket hücumu ilə əlaqədar 7 nəfər yaralanıb.
Zərbədən sonra kənddə yanğın başlayıb.
Suriya mediası cümə günü baş verən hücumda İsraili günahlandırıb.
Qeyd edək ki, Suriya tez-tez İsraili öz ərazisinə hücumlarda ittiham edir.
İsrail Müdafiə Nazirliyi belə xəbərləri şərh etmir.