Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 13 may 2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Qubadlı rayon K.Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbdə olub.
"Unikal" xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri, icra nümayəndələri iştirak edib.
Qəbulda 12 məsələ qaldırılıb. Həmin məsələlərdən 7-i yerində həll olunmuş, 5-i isə baxılması üçün nəzarətə götürülüb.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.