Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni Aparat rəhbəri təyin edilib.
"Unikal" xəbər verir ki, BŞİH-nin başçısı Eldar Əzizovun əmri ilə, sözügedən vəzifəyə Ayaz İmaməliyev təyinat alıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə BŞİH-nin Aparatının rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Həmin tarixdən indiyə qədər BŞİH-nin Aparat rəhbəri vəzifəsi müvəqqəti olaraq Ayaz İmaməliyevə həvalə olunmuşdu.
Qeyd edək ki, Ayaz İmaməliyev bundan əvvəl BŞİH-də ümumi şöbənin və BŞİH-nin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.(apa)