Bu gün günorta saatlarında Bakıda bir qrup şəxs Fəvvarələr Meydanında ("Torqovı") aksiya keçirib.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, aksiya zamanı hər hansı insident yaşanmayıb:
“Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”.