Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 74 milyon manata çatır.
"Unikal" xəbər verir ki, Fonda toplanan vəsait 73 555 462.34 manatdır. Həmin vəsaitdən 23 352 742.21 manatı fiziki şəxslər, 50 202 720.13 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 59 553 588.17 manatı xərclənib. Vəsaitin qalığı isə 14 001 874.17 manatdır.