Reytinqlərdə ilk sırada yer alan "Gönül dağı" serialında ayrılıq yaşanacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinə Gülsim Ali vida edəcək.

"Dilək" obrazına həyat verən aktrisa 65-ci bölümdə layihədən ayrılacaq.

Qeyd edək ki, serialın baş rollarını Bərk Atan, Ecem Özkaya, Nazlı Pınar Kaya, Cihat Süvarioğlu və Semih Ertürk paylaşır.