Britaniyanın Devon qraflığında qağayı bir il ərzində mağazadan dəyəri ümumilikdə 300 funt-sterlinqdən (təxminən 634 manat) çox olan 17 kiloqram ərzaq oğurlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yerli sakinlər tez-tez sözügedən marketdə qağayıya rast gəlirlər. Daimi insanlar ona hətta Stiven adını da qoyublar. Mağaza işçilərinin dediyinə görə, o, gündə üç dəfə gələrək ən çox pendirli ərzaqları götürür.
Şahidlər bildirib ki, qağayı ərzaqları götürdükdən sonra onu digər heyvanlarla bölüşür.