Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri çərçivəsində baş tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.