Polşa Ukraynaya defisiti aradan qaldırmaq üçün 25 min ton benzin verəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Svyridenko keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yanacaq qıtlığının səbəbi müharibədən əvvəl Ukraynaya yanacağın 97 faizinin Rusiya və Belarus tərəfindən verilməsidir.
"Bu gün bu ərazilər bağlıdır. Bundan başqa, ruslar Kremençuq neftayırma zavodunu da dağıdıblar. Nəticədə yanacaq bazarını tarazlaşdırmaq üçün Polşa ehtiyatlarından 25 min ton benzin göndəriləcək. Ukrayna gələn həftənin əvvəlindən bu resursları almağa başlayacaq", - deyə o bildirib.
Gülayə Mecid