Ermənistan müxalifəti bu gün də İrəvanda etiraz aksiyaları keçirir.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, artıq səhər saatlarından başyaraq paytaxt İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir. Etirazçılar "Nikol satqındır", "Nikolsuz Ermənistan" şüarları səsləndirir.