Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə 12 ildən artıq məhkumluq həyatı yaşayan Qalib Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.
Q.Qasımovun yaşadığı ünvana baxış keçirilən zaman isə evin zirzəmisində gizlətdiyi yarım kiloqrama yaxın marixuana maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun törətdiyi digər cinayət əməlinin də üstü açılıb.
Belə ki, Q.Qasımovun şəhər ərazisində yerləşən, təmir işləri gedən evdən 700 manat dəyərində elektrik kabelləri oğurladığı da müəyyən edilib. O, ifadəsində oğurladığı kabelləri yandırdığını və əldə etdiyi misi satmaq niyyətində olduğunu bildirib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.