Bir neçə gün öncə nişanlanan aktrisa Ebru Şahinlə basketbolçu Cedi Osmanın toy tarixləri bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük iyulun 7-də nikah masasına əyləşəcək. Onlar sevgili olduqları Çeşmə bölgəsində toy edəcəklər. 

Cütlüyün evləndikdən sonra həm Amerikada həm də İstanbulda evi olacaq.

Qeyd edək ki, Ebruyla Cedi Osman 2020-ci ildən münasibətdədir.