Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə və rayonunun qəsəbələrinin ərazilərində növbəti iməcilik təşkil edilib.
"Unikal" xəbər verir ki, iməcilikdə idarə-müəssisələrin rəhbərləri və əməkdaşları, sahibkarlar, təsərrüfat xidmətlərinin işçiləri insanın iştirak edib. Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib. Rayonun ərazisində 200-dən çox yeni ağac əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Qaradağ rayonun küçələrində səki kənarları, səkilər və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, zədələnmiş ağaclar budanıb, digər təmizlik və dezinfeksiya işləri görülüb. Eyni zamanda rayonda fəaliyyət göstərən sahibkarlara obyektlərində təmizlik işləri aparmaqla obyektlərin pəncərələrinin yuyulması və digər dezinfeksiya işlərinin aparılması tövsiyə olunub. Bundan başqa ərazidə zibilliklər yığışdırılıb.
Mövsüm ərzində Qaradağ rayonunun yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.