
Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.
Unikal.org-un məlumatına görə, dövlət başçısı abidənin qarşısına əklil qoyub, soyqırımı qurbanlarına ehtiramını bildirib.
Ziyarət mərasimində Azərbaycanın hökumət və dövlət rəsmiləri də iştirak ediblər.