"TV8" telekanalında yayımlanan "Masterchef" proqramı ilə məşhurlaşan aşpaz Somer Sivrioğlunun İstanbulun Beşiktaş ilçəsindəki restoranında bədbəxt hadisə baş verib.
"Unikal" Haberler.com-a istinadən xəbər verir ki, aşpazın 3 ay əvvəl təhvil aldığı lüks restoranın divarı uçub.
Belə ki, hadisə restoranın qarşısında iki avtomobil saxladıqdan sonra baş verib. Nəticədə maşınlardan düşən 6 nəfərdən ikisi ağır xəsarət alıb. Onlar xəstəxanaya aparılsa da yaralılardan birinin həyatını xilas etmək mükün olmayıb. Həyatını itirən şəxs keçmiş iordaniyalı diplomat Ahmet Salim Subbeddin olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.