Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov kəndlərdə barama qurdu bəsləyən kümçülərlə görüşüb.
"Unikal" xəbər verir ki, fermerlərlə söhbətdə icra başçısı baramaçılığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Əhalinin məşğulluğu baxımından da mühüm əhəmiyyət kəsb edən baramaçılığın eyni zamanda ölkə iqtisadiyyatındakı yeri də müzakirə edilib.
Kümçülər respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin rayon baramaçılarının bu sahəyə olan marağını artırdığını vurğulayıblar. Hər il çəkdiklərin zəhmətin bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul əldə etməyi qarşıya məqsəd qoyduqlarını bildiriblər.
Elxan İbrahimov fermerlərə bəzi tapşırıq və tövsiyələr verərək onlara bol məhsullu mövsüm arzulayıb.