Əməkdar artist Mətanət İsgəndərli "Şourum" proqramına açıqlama verib.
"Unikal" xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırarkən gəlini Canana ilə barışması xəbərinə münasibət bildirib.
Belə ki, müğənni "Qısa olaraq deyim - barışmışıq" sözlərini söyləyib. Bildirək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana ötən ilin oktyabrında boşanıb. Məhkəmə üç uşağı ilk olaraq ataya vermiş, apellyasiya şikayətindən sonra uşaqlar anaya qaytarılmışdı.