Türkiyəli aktyor Erkan Petekkaya 75-ci Kann Film Festivalında bədbəxt hadisə ilə qarşılaşıb.
"Unikal" xəbər verir ki, “Her şeye baxmayaraq” serialının baş rol ifaçısı Erkan Petekkaya festival ərazisindən hotelinə qayıtmaq üçün taksi dayanacağına gedərkən telefonu zəng çalıb. Aktyor telefonla danışarkən yeriməyə davam edib. Bu zaman aktyoru izləyən naməlum şəxs onun telefonunu alıb və qaçıb. Bundan sonra Petekkaya oğrunun arxasıyca düşüb.
Çox keçməyib ki, aktyor oğrunu yaxalayıb və polisə təhvil verib.
Başına gələnləri mətbuata danışan aktyor "Gənci yaxaladım və ona dedim ki, pul istəsəydin sənə 50 avro verərdim, amma telefonumu yox", - deyə ifadə edib.