Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən "Unikal"-a verilən xəbərə görə, görüşdə iki ölkə arasında kibertəhlükəsizlik, informasiya texnologiyaları və dəmir yolu sahələrində potensial əməkdaşlıq məsələləri müzakirə olunub.