"Vaxtı ilə keçmiş Prezident Əbülfəz Elçibəy 4 helikopter istəyəndə göndərə bilmədik. Amma Türkiyə bu gün Azərbaycan Prezidentinə “Qarabağ məsələsində yanınızdayıq” deyə bildi".
"Unikal" xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım deyib.
“Türkiyə bu mövqeyə asanlıqla gəlməyib. Biz insanların göz rənglərinə deyil, göz yaşlarına baxırıq. Bu göz yaşları həmişə eyni rəngdədir. Odur ki, biz türkdilli dövlətlər olaraq həmişə həmrəy olacağıq”, - o bildirib.
Qeyd edək ki, mərhum Prezident Əbülfəz Elçibəy müsahibələrinin birində jurnalistin "Turqut Özalın Bakıya səfəri zamanı onunla nələri müzakirə edəcəksiniz? Bu səfərdən nə gözləyirsiniz?” sualının cavabına belə cavab vermişdi.
"Qardaşım, mən heç bir şey danışmıram. Məndən soruşurlar. Turqut Özal da, Dəmirəl də soruşur: "Nə istəyirsən?” 4 dənə helikopter istədim, alınmadı… Bundan sonra nə soruşum? İnsanları xilas etmək üçün 4 helikopter vermədilər. Qonşulardı, verməli idilər. Vermədilər… Daha nə istəmək olar ki? Məndən soruşur "nə istəyirsən?” Nə istəyəcəyəm? Mənim istədiyim helikopter idi, onu vermədisə bundan sonra nə istəyəcəyəm? İstəməyə bir luzum qalırmı?”