“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
Bu haqda "Azəriqaz"dan "Unikal"a məlumat verilib.
Bu dəfə “Səyyar qəbul otağ”ı Cəlilabad rayonu, Göytəpə şəhəri, Yeni məhəllə (N saylı hərbi hissənin yaxınlığı) təşkil olunacaq. Mayın 26-da saat 13:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.