Azərbaycan Turizm və Menecment Universitetində “Layihələrin idarə edilməsi üzrə vacib bacarıqlar” mövzusunda təlimlər başa çatıb.

"Unikal" xəbər verir ki, layihələrin İdarə edilməsi Assosiasiyası (AzPMA) tərəfindən təşkil olunan tədbirə universitetin bir qrup əməkdaşı qatılıb.ATMU əməkdaşlarının cəlb olunduğu təlimlər MBA, IPMA-B, PMO-CP, CPS, AzPMA idarə Heyətinin üzvü,AZS ISO 21500 və AZS ISO 21502 Layihələrin idarə edilməsi üzrə Azərbaycan Dövlət standartlarının eksperti və təqdimatçısı,  PMO.az MMC, Layihə Düşüncə Məktəbinin Təsisçisi və Direkoru Rəşad İbrahimov tərəfindən aparılıb. R.İbrahimov təlimlərin gedişatında layihələrin idarə edilməsi və IPMA standartlarına, o cümlədən Waterfall, Agile, Scrum və digər metodologiyalardan istifadə qaydalarına münasibət bildirib.Eyni zamanda risklər, kommunikasiyalar, satınalmalar və keyfiyyətin idarə edilməsini şərtləndirən digər  məsələlər də diqqətdə saxlanılıb.

“Layihələrin idarə edilməsi üzrə vacib bacarıqlar”mövzusuna həsr olunan təlimlərin sonunda ATMU-nun 10 nəfər əməkdaşı AzPMA-nın sertifikatını alıb.