Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının dəstəyi, dövlət qurumları, qeyri-hökumət təşkilatları və elmi müəssisələrin nümayəndələrinin iştirakı ilə “İqlim Dəyişmələri-müasir çağırışlar” mövzusunda konfrans keçirilib.
"Unikal" xəbər verir ki, konfransın keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti çərçivəsində iqlim dəyişikliyi üzrə 13-cü Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq və onu təşviq etməkdir.
Tədbirdə iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması, təbii fəlakətlərə qarşı uyğunlaşma potensialının gücləndirilməsi və digər istiqamətlərdə təqdimatlar nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb.