Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, batan şəxs 2008-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Əliyev Ayxan Məhəmməd oğludur.

Ehtiram Muradov

17:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.