Aİ üzvlərinin razılaşdığı neft embarqosu səbəbindən Rusiya ildə təxminən 10 milyard dollar itirəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin hesablamalarına görə, dəniz tədarükü Rusiyanın neft idxalının təxminən üçdə ikisini təşkil edir. Embarqo aradan qaldırıldıqda, Rusiya ixracat itkisindən ildə 10 milyard dollara qədər itirəcək.
Bu qadağa Rusiyanı neftini Asiyaya endirimlə satmağa məcbur edəcək.
Avropa Şurasının prezidenti Çarlz Mişel bildirib ki, Avropa İttifaqı liderləri Rusiya neftinin ixracını qadağan etmək barədə razılığa gəliblər.
"Rusiyanın Aİ-yə neft ixracını qadağan edən saziş. O, Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə edir, onun hərbi maşını üçün böyük maliyyə mənbəyini kəsir. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq", - deyə o bildirib.
Onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalara Rusiyanın üç dövlət televiziyasına qadağa da daxildir. Altıncı paket həmçinin Rusiyanın ən böyük bankı "Sberbank"ın SWIFT-dən ayrılmasını və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
Gülayə Mecid