Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif arasında görüş baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər ikitərəfli və regional əməkdaşlığı, həmçinin təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin müdafiə sənayəsi sahəsindəki əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.