Xəbər verdiyimiz kimi, Salyanda Kür çayında batan bir nəfərin meyiti çıxarılıb.

"Unikal"ın məlumatına görə, çayda çimərkən batan şəxs Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Sahib Məcidovdur.

Faktla bağlı araşdırma aparılır.

***19:10

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.