Çin alimləri iş adamı İlon Maskın "Starlink" peyklərinə qarşı mübarizə strategiyaları hazırlayırlar.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Nəşr qeyd edir ki, Çin tərəfi peyklərə qarşı durmaq üçün kosmik lazerlərə malik gizli sualtı qayıqlar, “təchizat zəncirinin təxribatı” və ionla işləyən zərbə peyklərini nəzərdən keçirir.
Agentliyin məlumatına görə, Çin hökuməti və hərbi elm adamları artıq jurnallarda "Starlink" peyklərinin aşkarlanması və məhv edilməsi yollarını araşdıran onlarla məqalə dərc ediblər.
Çin tədqiqatçılarının fikrincə, kosmik gəmi Çin hökuməti və onun strateji maraqları üçün yüksək risk yaradır. Narahatlıqlar "Starlink"in kəşfiyyat və ABŞ Müdafiə Departamenti ilə əlaqələri, eləcə də artan qlobal varlığı ilə bağlıdır.