Şəmkirdə çay evində yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Belə ki, qəsəbədə yerləşən çay evində anidən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı çay evi əşiyaları ilə birlikdə yanıb. Yanğın söndürülüb, ətrafda olan bir neçə tikili yanğından mühafizə edilib.
Yanğın səbəbləri araşdırılır.
Tural Əhmədov