Bakı şəhəri, Xəzər rayonunda 20 yaşlı qadın itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli "Unikal"a bildirib ki, rayonun Buzovna qəsəbəsində yaşayan Şəfa Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.
Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Şəfa Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib.
Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, Şəfa Bayrızadə evli olub, bir övladı var.
*** 17:07
İyulun 28-də 20 yaşlı Şəfa Nüsrət qızı Bayrızadə evdən çıxmış və bir daha geri qayıtmamışdır.
"Unikal" xəbər verir ki, artıq bir həftədir ki, ondan heç bir xəbər yoxdur.
Şəfanı görənlərdən və ya onunla bağlı hər hansı məlumatı olan şəxslərdən xahiş olunur ki, dərhal 077 634 02 01 nömrəsi ilə əlaqə saxlamaları və 102 Xidmətinə məlumat vermələri xahiş olunur.