Ermənistanın baş naziri Nikol Paşinyanla İran İslam Respublikasının prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Həmsöhbətlər xüsusilə regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasına başlanması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub. Ermənistan-İran üçüncü elektrik xəttinin, Şimal-Cənub magistralının tikintisi, enerji sektoru ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib. Həmsöhbətlər bir-birlərini rəsmi səfərə dəvət etdiklərini təsdiqləyiblər və iki ölkənin paytaxtlarına qarşılıqlı səfərlər etmək barədə razılığa gəliblər.
Gülayə Mecid