SOCAR "Azəriqaz" İstehsalat Birliyinin sayca 80-ci "Açıq mikrofon" aksiyası Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin Yevlax xidmət sahəsində baş tutub.
"Unikal" xəbər verir ki, görüşdə ümumilikdə 21 vətəndaşın qaz təchizatı ilə bağlı problemi dinlənilib. Çıxış edənlər əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacın quraşdırılması, qaz sayğacının və küçə qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, əhali və qeyri-əhali abonentləri üzrə istehlak olunan təbii qaza görə yaranan debitor borca görə köməklik edilməsi, qaz xəttinin qoşulması ilə bağlı müraciətlər ediblər. Ünvanlanan hər bir müraciət "Azəriqaz" İB-nin Tərtər RQİİ-nin rəisi Azay Muxtarov tərəfindən cavablandırılıb.
Daxil olan müraciətlərin nəzarətə götürüləcəyi qeyd edilib.