Böyük otellər şəbəkəsi "Marriott" Ukraynada başlatdığı genişmiqyaslı müharibə səbəbindən Rusiyanı tərk edir. Şirkət Marriott İnternational-ın təcavüzkar ölkənin ərazisindəki bütün əməliyyatlarını dayandırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə “Marriott”un rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
"Biz belə qənaətə gəldik ki, ABŞ, Böyük Britaniya və Aİ tərəfindən tətbiq edilən yeni məhdudiyyətlər Marriott və ya otel franşizasının Rusiya bazarında fəaliyyətini davam etdirməsini qeyri-mümkün edəcək. Buna görə də biz Marriott International-ın bütün əməliyyatlarını dayandırmaq qərarına gəldik. Marriott-un artıq 25 ildir fəaliyyət göstərdiyi bazarda əməliyyatların dayandırılması prosesi mürəkkəbdir”, – şirkətdən bildiriblər.
Şirkət onu da əlavə edib ki, şirkət Rusiyadakı işçilərinin qayğısına qalmaqda davam edir.
"Müharibə başlayandan bəri biz Ukraynada, Rusiyada və regionda çalışanlara, o cümlədən münaqişədən birbaşa təsirlənən ölkələrdən kənarda olanlara dəstək olduq. Biz işçilər və onların ailələri üçün yerli təbii fəlakətlərə kömək üçün 1 milyon dollar vəsait ayırdıq. Yerdəyişmə ilə bağlı köməklik, o cümlədən ərzaq çekləri, nəqliyyat yardımı, tibbi və hüquqi dəstək. Bundan əlavə, 85-dən çox otelimiz Ukraynadan olan qaçqınları qonşu ölkələrdə yerləşdirir”, - deyə Marriott-dan bildirib.
Ramil Zeynallı