Bahar Muradova Obamanı tənqid etdi
12:57 26-02-2013
CƏMİYYƏT
"Barak Obama soyqırımına münasibət bildirməli idi"
Milli Məclis sədrinin müavini Bahar Muradova Ağ Evin saytında Xocalı soyqırımı ilə bağlı yerləşdirilən petisiyaya münasibət bildirilməməsi ilə bağlı mövqeyini açıqlayıb.
"ABŞ Prezidenti Barak Obamanın Ağ Evin rəsmi saytında Xocalı soyqırımının tanınması ilə bağlı yerləşdirilən və yüz mindən çox imza toplayan petisiyaya münasibət bildirməməsi qaydalara ziddir, yolverilməzdir. Əgər belə bir qayda varsa, Barak Obama buna əməl etməli, soyqırımına münasibət bildirməli idi". Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bütün bunlara baxmayaraq, hər halda biz öz işimizi davam etdirməliyik və ruhdan düşməməliyik, Xocalı soyqırımı ilə bağlı təbliğat davamlı olaraq aparılmalıdır.
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00