Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Düzgün cavablar DİM-in saytında yerləşdirilib.

Bildirilib ki, imtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.