İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 65 ədəd universal tipli təcili yardım avtomobilləri alıb.
"Unikal" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, həmin avtomobillərin bir hissəsi ölkəyə gətirilib və xəstəxanalara verilməsi nəzərdə tutulur.