İyunun ayında ilansancma ilə əlaqədar 2, sirkədən zəhərlənmə ilə əlaqədar 3, dərman zəhərlənməsi nəticəsində 7 nəfər Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib.
"Unikal" xəbər verir ki, bunu Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
O bildirib ki, may ayı ərzində isə 12 nəfər ilansancma, 70 nəfər dərmandan zəhərlənmə, 21 nəfər sirkədən zəhərlənmə, 3 nəfər botulizm, 3 nəfər isə anafilaktik şok, 3 nəfər allergik reaksiyalar ilə əlaqədar müalicə alıb.
"Təəssüf ki, sirkə içib zəhərlənənlədən bir nəfərin həyatını xilas etmək mümkün olmayıb", - deyə baş həkim qeyd edib.